Daşqınlar 11 nəfərin həyatına son qoydu - Tailandda

10:52 - 5 Dekabr 2016 - HADİSƏ

Tailandda daşqınlar 11 nəfərin həyatına son qoyub.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin Üçüncü milli telekanalı xəbər yayıb.

Məlumata görə, daşqınlar ölkənin bir sıra vilayətlərə ziyan vurub.

Ötən həftənin çərşənbə axşamından yağan güclü yağışlar ölkənin cənub hissəsindəki 10 vilayətdə daşqınlara səbəb olub. Daşqınlardan zərər çəkən ərazilərdə suyun səviyyəsi 50 santimetrdən 3 metrədək dəyişir.

Təbii fəlakət əsasən ölkənin Nakxon Sitxammarat, Sonqkla, Surat Txani, Çumpxon, Krabi, Tranq, Pxattxalunq, Yalla, Narativat və Pattani vilayətlərinə zərər vurub. Həmin vilayətlərin bir sıra əraziləri su altında qalıb.

Xəbər xətti