Çində kömür mədənində partlayış: 32 ölü

13:07 - 4 Dekabr 2016 - DÜNYA

Dekabrın 4-də səhər saatlarında Çinin Daxili Monqolustan muxtar bölgəsindəki kömür mədənlərindən birində baş verən partlayış nəticəsində 32 nəfər ölüb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, partlayış zamanı mədəndə 181 şaxtaçı olub. Hadisədən sonra 149 şaxtaçı mədəndən çıxa bilib.

Xəbər xətti