Çində yaşayış binası uçub: 5 ölü, 4 yaralı

11:13 - 4 Dekabr 2016 - DÜNYA

Hadisənin başvermə səbəbləri araşdırılır. Çinin şərqində yaşayış binasının uçması nəticəsində 5 nəfər ölüb."Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.Məlumata görə, hadisə Şandun vilayətinin Çzinan şəhərində baş verib. Dağılan bina təmir işləri aparan fabrikin bir hissəsi imiş.Hadisə zamanı dağıntılar altında 9 nəfər qalıb. Xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar. Dörd yaralı xəstəxanaya yerləşdirilib.Artıq xilasetmə işləri başa çatıb. Polis şübhəli şəxsləri istintaqa cəlb edib.Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti