Sabirabadda “Mercedes” “Vaz-2106” ilə toqquşub: 1 nəfər xəsarət alıb

10:03 - 4 Dekabr 2016 - HADİSƏ

 Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobillə “Vaz-2106” markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 54 yaşlı Vurğun Məmmədhüseyn oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti