Bakıda mağazadan 200 min manatlıq oğurluq olub

16:07 - 3 Dekabr 2016 - HADİSƏ

 Bakıda tikinti materialları mağazasından 200 min manatlıq oğurluq edilib.“Report” xəbər verir ki, Bakı şəhər sakini Şəhadət Sarıyev hüquq-mühafizə orqanlarına müraciət edərək ona məxsus, Z.Bünyadov prospekti 77Q ünvanında yerləşən mağazanın naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılmasını və oradan 200 min manat dəyərində tikinti materiallarının oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti