Ana səhifə
20 Sentyabr 2018

Dənli bitkilərin səpinində ləngimələr müşahidə edilir

Hazırda regionlarda 2015-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin səpini davam edir.

 

 

Ucnoqta.az xəbər verir ki, KTN-dən verilən məlumata görə, Xüsusilə dağlıq və dağətəyi bölgələrdə yerləşən Quba və Samux Ərazi Kənd Təsərrüfatı İdarələrinin əhatə etdikləri rayonlarda payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə edildiyindən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin  müdir müavini İmran Cümşüdov və  Dövlət Toxum Müfəttişliyinin rəis əvəzi Möhtəsim Əhmədov noyabrın 12-dən 16 -dək bu rayonlara ezam ediliblər. Azərbaycanda payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilən aqrotexniki qaydalara uyğun olaraq optimal müddətlərdə başa çatdırılması üçün Nazirlik tərəfindən  yerli idarəetmə orqanları ilə birlikdə müvafiq tədbirlərin görülməsi davam etdirilir.

 

Bəhruz

Tarix
12 Noyabr 2014 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin