Dövlət Gənc Tamaşaçılar Teatrından izləyicilərinə gözəl hədiyyə

16:13 - 2 Dekabr 2016 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  məktəblilərin qış tətili günlərində nümayiş olunmaq üçün yeni tamaşanın hazırlanmasına start verib.  Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. 
Beləliklə, məktəblilərin qış tətili günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının öz izləyicilərinə ən gözəl hədiyyəsi “Qrinç” (“Yaşıl adam”) olacaq.  

Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır. 
Tamaşada Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov iştirak edəcəklər. 
Yeni il tamaşası cari ilin dekabr ayının 29-dan, 2017-ci ilin yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək. 

 

                                                                                    


Xəbər xətti