Ana səhifə
16 Noyabr 2018

Dünyanı internetlə təchiz edən mikropeyklər şəbəkəsi yaradılacaq

ABŞ-ın məşhur sahibkarı - "Tesla” elektromobil istehsalı şirkətinin və “SpaceX” kosmik korporasiyasının təsisçisi Elon Mask dünyanı internetlə təchiz edəcək mikropeyklər şəbəkəsi yaradacağını təsdiq edib.

 

 

Ucnoqta.az xəbər verir ki, hazırda “SpaceX”-in hazırladığı peyklər orbitdə çoxlu sayda fəaliyyət göstərəcəklər. Bu barədə E.Mask “Twitter” səhifəsində yazıb. Layihə barədə rəsmən 2-3 aydan sonra elan ediləcək, hələlik onun haqqında ətraflı məlumat verilmir.

Milyarderin yeni layihəsi barədə ilk dəfə “Wall Street Journal” qəzeti yazıb. Nəşrin məlumatına görə, iş adamı Yerətrafı orbitə dünyada internetə çıxışı təmin edəcək 700-ə yaxın kiçik telekommunikasiya peykini buraxmağı planlaşdırır. Aparatların çəkisi 113 kq-dan çox olmayacaq ki, bu da hazırda orbitdə fəaliyyət göstərən ən kiçik telekommunikasiya peyklərinin çəkisindən iki dəfə yüngüldür. Bundan başqa, aparatların hazırkı analoqlarından xeyli ucuz olacağı gözlənilir. Belə ki, onların dəyəri 1 milyon dollardan çox olmayacaq. Peykləri orbitə “SpaceX Falcon 9” şirkətinə məxsus raketlərin çatdıracağı nəzərdə tutulur.

E.Mask layihəni “Google” şirkətinin peyk sahəsində böyük iş təcrübəsinə malik keçmiş top-meneceri Qreq Uayler ilə birlikdə həyata keçirəcək. Q.Uaylerin rəhbəri olduğu “Worldview Satellites” şirkətinə iri radiotezlik bloku məxsusdur.  

Bildirilir ki, internet peyklərinin istehsalı üçün Florida və ya Kolorado ştatında yeni zavodun tikilməsi planlaşdırılır. Layihəyə yatırılacaq investisiyaların məbləğinin 1 milyard dollara yaxın olacağı gözlənilir.

E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir

 

 

(mincom.gov.az)

 

Tarix
12 Noyabr 2014 [20:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin