Taksi piyadanı vurdu – Bakıda

13:58 - 2 Dekabr 2016 - HADİSƏ

Bakının, Səbail rayonu əarzisində "20-ci sahə" yaşayış massivindı yolu keçmək istəyən 29 yaşlı kişini maşın vurub.

Ucnoqta.az musavat.com-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Mirzəyev Fuad Əli oğlunu 99 AK 871 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil vurub. Nəticədə F.Mirzəyev ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.
Hadisəni törədən “Daewoo” markalı avtomobilin sürücüsünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən sürücünün idarə etdiyi “Daewoo” markalı avtomobil “189” taksi xidmətinə məxsusdur. Hadisə vaxtı avtomobildə müştəri də olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti