Avtovağzalda oğurluğa cəhd - Bakıda

13:56 - 2 Dekabr 2016 - HADİSƏ

Bakıda oğurluğa cəhd göstərmiş şəxs tutulub. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işıqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Akif Həsənov tutulub.

Araşdırma aparılır.

Xəbər xətti