Hava limanında 24 nəfər qazdan zəhərlənib

13:55 - 2 Dekabr 2016 - HADİSƏ

Finlandiyanın Helsinki-Vantaa hava limanının ikinci terminalının uçuş zonasında naməlum qaz sızması baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfərin tənəffüsündə problem yaranıb, onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib.

"Yle" nəşri yazır ki, bütün zərərçəkənlər hava limanı əməkdaşları olublar, sərnişinlərdən heç kim zərər çəkməyib. 
İlkin ehtimala görə, buna səbəb havalandırma sistemində yaranan nasazlıq olub.

Xəbər xətti