59 yaşlı qadını avtomobil vuraraq öldürdü - Bakıda

12:07 - 2 Dekabr 2016 - HADİSƏ

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Buzovna-Maştağa yolu ilə hərəkət edən markası məlum olmayan avtomobil yolu keçmək istəyən 59 yaşlı Təzəgül Əliyevanı vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti