Polis kokain müsadirə etdi - 900 kiloqramdan çox

12:04 - 2 Dekabr 2016 - HADİSƏ

Fransanın Bayonna və Biarrits şəhərlərində polis 900 kiloqramdan çox kokain müsadirə edib, 10 nəfər saxlanılıb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki,  saxlanılanlar arasında Fransa, Kolumbiya, İspaniya və Niderland vətəndaşları var. Saxlanılanların üzərindən 1 milyon avroyadək pul götürülüb.

Məlumata görə, əməliyyat  Fransa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.  

Xəbər xətti