Ayda olmuş astronavt istirahət etmək qərarına gəlib - Antarktidada

11:43 - 2 Dekabr 2016 - MARAQLI

NASA-nın sabiq astronavtı, Ayın səthinə ayaq basmış ikinci adam, tibbi təhlükəsizlik baxımından Cənub qütbündən təxliyə edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Amerikanın Antarktidanın tədqiqi ilə məşğul olan Milli Elm Fondu məlumat yayıb.
86 yaşlı Oldrin Antarktidaya "Uayt dezert" özəl turizm şirkəti (White Desert) tərəfindən təşkil olunan qrupun heyətində gedib və özünü nasaz hiss etdikdən sonra ehtiyat tədbiri olaraq Amerikanın Cənub qütbündəki Amundsen-Skott bazasına təxliyə edilib. O, yaxın zamanlarda buradan "LC-130" markalı yük təyyarəsi ilə Yeni Zelandiyaya göndəriləcək.

Xəbər xətti