Məhkəmə “Coca-Cola”nın Vergilər Nazirliyinə qarşı apellyasiya şikayətini təmin etməyib

10:59 - 2 Dekabr 2016 - Xəbər

 Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan “Coca-Cola” Bottlers Limited” MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Coca-Cola”nın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan “Coca-Cola” Bottlers Limited” MMC apellyasiya şikayəti verib.

Xəbər xətti