Salyanda ata qızını qətlə yetirib

17:47 - 1 Dekabr 2016 - HADİSƏ

Salyanda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu 1998-ci il təvəllüdlü qızı Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.
R. Əsədov özü polisə könüllü təslim olub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti