İşğal olunmuş Azərbaycan ərazilərinə səfər etmiş jurnalistin adı arzuolunmaz şəxslər siyahısına salınmayacaq

14:55 - 1 Dekabr 2016 - SİYASƏT

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Wiener Zeitung” qəzetinin müxbiri Tomas Sayfert Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib. XİN-dən verilən məlumata görə, müraciət müəllifi adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
Məktubunda T.Sayfert Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycanın həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb.
Bildirilir ki, T.Sayfertin media nümayəndəsi olduğunu və müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

Xəbər xətti