Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

13:17 - 1 Dekabr 2016 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nazim Camalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayının 2-də saat 16:00 radələrində Yasamal rayonunun Tbilisi prospektində baş verib. Həmin ərazidə Oğuz rayon sakini N.Camalovun idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölüb, digər sərnişinə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
N.Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti