Bəzi siqaretlərin qiyməti artırılıb - SİYAHI

11:33 - 1 Dekabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanda bəzi siqaretlərin qiyməti artırılıb. Ucnoqta.az “Report”a istinadən siqaretlərin satış mərkəzlərinin birindən əldə etdiyi məlumata görə, qiymətlər təqribən 5-17% artıb. 

Siqaretlərin yeni və əvvəlki qiymətləri belədir:
– Winchester (compact) – yeni qiymət 1.70 AZN (əvvəlki qiymət 1.60 AZN)
– Winchester (qalın qutu) – 1.50 AZN (1.40 AZN)
– West (qalın qutu) – 1.70 AZN  (1.60 AZN)
– West (compact) – 1.90 AZN (1.80 AZN)
– More – 1.50 AZN (1.40 AZN)
– Yava – 1.50 AZN (1.40 AZN)
– Viceroy (compact) – 1.70 AZN (1.60 AZN)
– Rothmans (compact) – 1.90 AZN (1.80 AZN)
– Classic (compact) – 1.70 AZN (1.60 AZN)
– Classic (uzun) – 1.80 AZN (1.70 AZN)
– Classic (qalın qutu) – 1.60 AZN (1.50 AZN)
– Prima – 1.40 AZN (1.20 AZN) 

Xəbər xətti