ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı

11:28 - 1 Dekabr 2016 - HADİSƏ

ABŞ-da ağır cinayət hadisəsi baş verib. Bu barədə "Accosiated Press" polisə istinadən xəbər verib.

Məlumata görə, hadisə yerli vaxtla saat 18:00-da, Baltimor şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polisin nümayəndəsi Ti Cey Smit bildirib ki, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs mağazanın qarşısındakı insanlara atəş açıb. Onun sözlərinə görə, həmin şəxslərdən biri hadisə yerindəcə ölüb. Digər yaralı isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinin vəziyyəti ağırdır.  

Xəbər xətti