Qəzaya uğramış təyyarənin kimə məxsus olması müəyyənləşib - Kolumbiyada

10:59 - 1 Dekabr 2016 - HADİSƏ

Çərşənbə axşamı Kolumbiyanın Medelin şəhəri yaxınlığında qəzaya uğramış təyyarənin kimə məxsus olması məlum olub.

"Report" xəbər verir ki, təyyarənin venesuelalı biznesmen və keçmiş siyasətçi Rikardo Albasetə məxsus olması müəyyənləşib.

O, 6 il əvvəl Venesuelanın "Linea Aerea Meridena Internacional de Aviacion (LAMIA) aviaşirkətini yaradıb. Agentliyin məlumatına görə, Venesuelanın Mülki Aviasiya İdarəsi daşımalar üçün lisenziya verməyib. Səbəblər məlum deyil.

Bundan sonra biznesmen təyyarələrindən üçünü kirayəyə verib və onlardan biri qəzaya uğrayıb.

Qeyd edək ki, Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularını daşıyan təyyarə Medelin şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 77 nəfər olub. Onlardan cəmi 6-ı sağ qalıb.

Xəbər xətti