Bakcell abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir

16:10 - 30 Noyabr 2016 - MEDİA

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə əvvəlcədən ödənilmiş (“prepaid” ) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı təklif etdiyini elan edir. Bundan sonra Facebook tətbiqinə pulsuz giriş imkanını qazanan Bakcell abunəçiləri heç bir əlavə xərc çəkmədən “Facebook“da dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə və paylaşa, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə FB Messenger tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşa biləcəklər. 

Bu kampaniyaya qoşulmaq üçün Bakcell abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq PULSUZ “Facebook”dan 6 ay faydalana bilərlər. Kampaniyaya qoşulma da həmçinin pulsuzdur.
Kampaniyaya qoşulan abunəçilər dərhal Facebook tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. 7 günlük sınaq istifadə müddətindən sonra abunəçi Facebook tətbiqindən pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. 
Abunəçi öz nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 AZN vəsait yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 AZN və ya daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində “Facebook”dan pulsuz istifadə imkanı qazanır. 
Cari ilin ortalarında bölgələrdə yaşayan DogmaCİN tarifinin abunəçilərinə təqdim edilmiş “Facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. “Facebook“a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 AZN, 1 aylıq pulsuz istifadə üçün isə ən azı 5 AZN vəsait yüklənməlidir. 
Facebook mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə haqq müştərinin cari tarifinə uyğun olaraq tutulacaq və ya müştərinin mövcud internet paketindən çıxılacaqdır. 
Bu təklif yalnız prepaid tariflərindən istifadə edən Bakcell abunəçiləri üçün etibarlıdır.
 
***
Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər xətti