“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”

15:23 - 30 Noyabr 2016 - SİYASƏT

Azərbaycan Milli Məclisinin deputatı, yazıçı, əməkdar jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimat mərasimi keçirilir. Tədbirdə dövlət rəsmiləri, nazirlər, deputatlar, universitet rektorları, baş redaktorlar, iştirak edirlər. Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir.

Qeyd olunub ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir. Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.
"Müstəqil Azərbaycan müxtəlif xarakterli risklərdən uğurla yayına bilir. Hazırda ölkədə bütün dünyanın qibtə etdiyi multikultural mühit yaranıb ki, bunun da əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Bu kitab Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında mühüm rol oynayacaq", - A.Əlizadə vurğulayıb.

 

Elmin


Xəbər xətti