Bakıda küçədə 74 yaşlı kişinin meyiti tapılıb

14:59 - 30 Noyabr 2016 - HADİSƏ

Bakı küçələrindən birində 74 yaşlı kişinin meyiti tapılıb. "Report"un xəbərinə görə, bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində kişi meyiti aşkarlanıb.

Küçədə dünyasını dəyişən şəxsin 1942-ci il təvəllüdlü Adil Süleymanov olduğu məlum olub. A.Süleymanovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Onun ölümünün səbəbləri araşdırılır.

Xəbər xətti