Əbülfəs Qarayev: "Qiymət artımı turizm sektoruna təsir etməyəcək"

15:20 - 30 Noyabr 2016 - ÖLKƏ İÇİ

"Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması turizm sektoruna təsir etməyəcək". "Report"un Qərb bürosunun verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 3 turizm zonası var: "Bu gün yeni turizm zonalarının yaradılması istiqamətində iş gedir. Hazırda həmin turizm zonalarında müxtəlif xidmətlərə müəyyən dərəcədə güzəştlərin tətbiq olunması haqda məsələ gündəmdədir".

Xəbər xətti