Günəş ətrafında yadplanetli gəmisi aşkar edilib - VİDEO

15:00 - 30 Noyabr 2016 - MARAQLI

Ufoloqlar, Günəşi müşahidə edən SOHO adlı kosmik aparatın çəkdiyi fotolar vasitəsilə yeni hadisəni kəşf ediblər. Həvəskar alimlərin fikrincə yadplanetlilər Günəşdən öz kosmik gəmiləri üçün yanacaq kimi istifadə edirlər. Bununla yanaşı ufoloqlar, NASA elm adamlarının məlumatlarını fakt kimi ortaya atırlar. Onların fikrincə SOHO aparatı əslində yüzlərlə yadplanetli gəmisi aşkar edib. Technote.az xəbər verir ki, yeni çəkilmiş fotolarda görmək olar ki, yadplanetlilərin kosmik gəmiləri Günəşə yaxın məsafədə olublar. Ufoloqların fikrincə kosmik gəminin hazırlandığı material günəş plazmasından fərqlənir və bir qədər ağ rəngdədir.

 

Xəbər xətti