Şahrux böyük ümidlərlə çıxdığı Azərbaycan səfərlərindən heç bir şey əldə etmədən dönüb

12:22 - 30 Noyabr 2016 - KİVDF

 818-ci ildə məhərrəm ayının sonunda (11 aprel 1415-ci il) Qaraqoyunlu hökmdarı özünün gözəl natiqiiyi ilə tanınan adamlarından Mərdanşahı elçi sifəti ilə Herata göndərdi. Hökmdar «əgər Şahrux Sultaniyyə qalasını ona tərk etmiş olarsa, onun hakimiyyətmi qəbul edəcəyinə və göstərdiyi kimi hərəkət edəcəyinə» söz verdiyini bildirdi. «Herat hakimi isə bu sədaqət və əhdi-ilqarın, elçilərinin gedib-gəlməsini, oğlanlarından birini Herata-onun sarayına göndərməsi ilə bilinəcəyi, sübut olunacağı və bütün bu şərtlərin yerinə-yetiriləcəyi təqdirdə Sultaniyyəyə qədər olan ərazini Təbriz hakiminə tərk edəgcəyini bildirib və elçiyə geri qayıtmaq izni veribdi». Qara Yusif Sultan Şahruxun bu təklifinə razı olmadı. Çünki o, oğlunu Xorasan sarayına göndərməklə hökmən Şahruxdan asılı vəziyyətə düşəcək və tam müstəqil hərəkət edə bilməyəcəkdi. Azərbaycan hökmdarına oğlunu girov göndərməsini tapşırmaqla qaraqoyunluların qüdrətinin get-gedə artmasından Şahruxun narahat olduğu, həyacan keçirdiyi məlum olur. Faruq Sümerin fikrincə, Qara Yusifın Şahruxa tələbində məqsədi, ondan gələcək təhlükənin qarşısını almaqdan daha çox, beynəlxalq ticarət mərkəzi olan Sultaniyyə şəhərinə asanlıqla yiyələnmək niyyəti olubdu. Qara Yusif Şahruxun verdiyi cavabdan çox qəzəbləib və qoşun yeridərək Sultaniyyə şəhərini,az sonra isə Həmədanı, Taromu və Qəzvini ələ keçiribdi. Qara Yusifin bu tədbirləri onun Şahruxla münasibətlərinə öz təsirini göstərməyə bilməzdi. Qaraqoyunlu-Teymuri münasibətləri getdikcə pisləşmiş və labüd müharibə vəziyyətinə çatmışdı. Sultan Şahruxun Azərbaycana yürüşünün başlıca məqsədləri haqqında türk tarixçiləri müxtəlif fıkirlər irəli sürüblər. Z.V.Toğan belə hesab edir ki, Şahruxun bu yürüşdə əsas məqsədi Qaraqoyunlu dövlətinin varlığına son qoymaq idi. F.Sümerin fıkrincə, Şahruxun məqsədi, Azərbaycan və İraqi-Ərəbi, qismən də İraqi-Əcəmi Qara Yusifın əlindən almaq və ya onu tabe hökmdar vəziyyətinə salmaq olubdu. Ismayıl Akaya görə, Şahruxun Qaraqoyunlular tərəfindən işğal edilmiş Qəzvin və Sultaniyyə şəhərləri ilə İraqi-Əcəm bölgəsini geri almaq istəyi bu yürüşə səbəb olubdu. Onun təbirincə, buraya, Əmir Teymurun ölümündən sonra bölgədə qüdrətli bir qüvvə kimi meydana çıxaraq Miranşahı öldürməklə Teymurilərin hakimiyyətinə son qoyan Qaraqoyunlu türklərinə qarşı cığatayaların intiqam hissini də əlavə etmək lazımdır. Sülh yolu ilə məqsədinə çatmaq istəyən Cığatay hökmdarı 1420-ci ildə yaxın adamlarından Sadıq adlı bir nəfəri məktubla Azərbaycana göndərib, Qaraqoyunlu hökmdarını itaətə çağıribdı. Şahruxun elçisi rədd cavabı alaraq geri qaytarılibdı. İ.P. Petruşevskinin fıkrincə, Şahruh Azərbaycanı bilavasitə qəsb fıkrində deyildi. O, yalnız Şərqə doğru, yəni İrana tərəf genişlənməyə çalışan Qaraqoyunlu dövlətinin getdikce artmaqda olan qüdrətini sarsıtmaq istəyirdi. M.Seyfəddini Şahruxun Azərbaycana yürüşü ərəfəsində Qaraqoyunlu dövlətinin iqtisadi və siyasi vəziyyətinin rnöhkəm olmadığını, oğlanları-Şahməmmədin Bağdadda, İskəndərin Korqutda, Əbu Səidin Ərzincanda möhkəmlənərək atasına heç bir yardım göstərmədiyini qeyd edir. Lakin onun fıkrini ilk qaynaqlar təzkib edir. Qara Yusifin öz qoşunu ilə Şahruxa qarşı irəlilədiyi zaman Osmanlı Sultanı I Mehmedə göndərdiyi məktubda oğlanlarından Cahanşahın Sultaniyyədə, Şahməhəmmədlə bir mənzillik qaravulliyə göndərildiyini və Qara İskəndərin 20 minlik süvari ilə arxada pusquda dayandığı barədə məlumat verilir. Şahruxun və Qara İskəndərin də sutan I Mehmede məktubunda Qara Yusifın ölmündən sonra oğlanlarından Şahməhəmmədin və İspendin öncə Bərdə və Gəncə, sonra isə Naxçıvan dağlarına qaçdığı, Cahanşahın Ərcişə, Qara İskəndərin isə Mirzə Baysunqura məğlub olaraq Çəpəqcura-Qara Osmanla savaşa getdikləri qeyd olunmaqdadır. Göstərilən faktlar bir daha sübut edir ki, Şahruhla döyüş ərəfəsində Qara Yusifın oğlanları onun yanında olublar. Qara Yusifin Ucanda ölümündən (13 noyabr 1420-ci il) sonra Şahrux heç bir müqavimətə rast gəlmədən Azərbaycanı ələ keçiribdi. Ağqoyunlu Qara Osmanın təhriki ilə Şahrux Qara İskəndərə qarşı döyüşə girməyə qərar vermiş və 1421-ci ilin 30 iyul 1 avqustunda Ələşgərd düzündə baş vermiş döyüşdə böyük çətinliklə qələbə qazanmıbdı. Faruq Sümer və İsmayıl Aka qeyd edirlər ki, bəzi qaynaqların verdiyi məlumata görə, Şahrux Azərbaycan hakimliyini oğullarına və böyük əmirlərinə təklif edibdi, lakin onların heç biri «İskəndərdən qorxduqlarına» görə bu təklifı qəbul etməyib, Ağqoyunlu Qara Osmanın böyük oğlu Əli bəyə verərək 1421-ci ilin oktyabrında Xorasana qayıdıbdı. Şahrux Azərbaycanı tərk etdikdən sonra Qara İskəndər öz qüvvələrini yenidən topladı və Təbrizdə Qaraqoyunlu hakimiyyətini bərpa etdi. Faruq Sümer və İsmayıl Aka Qaraqoyunlu-Teymuri münasibətlərini, xüsusən də Şahruxun Azərbaycana yürüşlərini geniş surətdə şərh edib, lakin onun Azərbaycanda yeritdiyi siyasətin mahiyyətini qabarıq şəkildə göstərməyiblər. İsmayıl Aka belə qənaətdədir ki, Şahrux böyük ümidlərlə çıxdığı Azərbaycan səfərlərindən heç bir şey əldə etmədən dönüb, Şərqi Anadolu, Azərbaycan, İraqi-Ərəb və İraqi-Əcəm bölgələrində Qaraqoyunlu dövləti öz varlığını saxlayıbdır. M.X.Yınanç və F.Sümerin fıkrincə, Şahrux qazandığı qələbələrə baxmayaraq, Qaraqoyunlu dövlətini aradan qaldıra bilməyəcəyini anlayıb və buna görə də Qara Yusifın oğlanları arasındakı rəqabətdən istifadə edərək, onun hakimiyyətini tanımaq şərtilə İskəndərin qardaşlarının Qaraqoyunlu dövlətinin başında qalması ilə kifayətlənməli olubdu. Təbiidir ki, Şahruxun Azərbaycanda yeritdiyi siyasət Əmir Teymurun siyasətindən xeyli fərqlənirdi. Şahrux Azərbaycanda böyük hərbi qüvvə saxlaya bilmədiyi üçün dövrün tələblərilə hesablaşıb, Azərbaycanı bilavasitə ixtiyarındakı [64-65] torpaqlara qatmaq fıkrindən çəkinmişdi. O, Azərbaycanda Oara Yusifın başçılığı ilə qüdrətli bir dövlətin təşkil edilməsinə yol verməməyə və Azərbaycanın feodal hakimlərini öz itaətində saxlamağa çalışırdı. Sultan Şahrux 1436-cı ildə Azərbaycanın idarəsini Cahanşaha tapşıraraq Xorosana qayıdıbdı. M.X.Yınanç belə hesab edir ki, Şahrux heç bir şəkildə itaət altına alınması mümkün olmayan, yalnız Əhlət, Azərbaycan, Arran və İraqi-Ərəb bölgələrini almaqla kifayətlənməyərək tez-tez İraqi-Əcəm-i də zəbt etməyə çalışan Qaraqoyunluları razı salaraq, Qara Yusifin oğlanlarını öz adından bu bölgələri idarə etməyə vadar edərək imperatorluğunun zahiri birliyini mühafizəyə calışıbdı. O, bununla da yarım əsrə qədər Orta Asiya türkləri ilə Anadolu, Azərbaycan, Arran, İraqi-Ərəb bölgəsinin türkləri arasında mütəmadi davam edən qanlı müharibələrə son qoymuş oldu. Qaraqoyunlularla Teymurilər arasındakı münasibətlərdə Şahruxun ölümünə qədər (1447) ciddi bir hadisə baş bermədi. Cahanşah Şahruxun ölümündən sonra teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən ıstifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçiribdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı ələ keçirib, lakin burada möhkəmlənə hilməyibdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Cirman bölgələri Qaraqoyunlu dövlətinin tərkibində qalıbdı. Beləliklə, Qaraqoyunlu Cahanşahla Teymuri Əbu Səid arasında bağlanmış sülhə görə, Şərqi İran bölgəsi Teymurilərə qaytarılıb, Qərbi İran isə Qaraqoyunlu hökmdarının əlində qalıbdı. Qaraqoyunlu hökmdarı Teymurilərə qarşı hərbi əməliyyatları dayandırıbdı. Cahanşahın hakimiyyətinin son dövrlərində, əasən oğlanlarının üsyanlarını yatırmaqla məşğul olduğu və Ağqoyunlularla mübarizəyə cəlb olunduğu üçün Qaraqoyunlu-Teymuri münasibətlərində ciddi bir dəyişiklik  baş verməyibdi. Şübhəsiz ki, QaraqoyunluTeymuri münasibətlərinin bu axarda inkişafına Teymuri taxt-tacı uğrunda Teymurilər dövləti daxilində baş verən siyasi hadisələr də öz təsirini göstəribdi.

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti