75 yaşlı qadını avtomobil vurdu - Abşeronda

11:55 - 30 Noyabr 2016 - HADİSƏ

Abşeron rayonunda 75 yaşlı qadını avtomobil vurub. "Report" xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun 19-cu kilometrliyində Aşağı Güzdək qəsəbəsinə düşən ərazidə qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Mehdiyeva Göyərçin İsa qızını "Mercedes" markalı avtomobil vurub. G.Mehdiyeva ağır xəsarət alıb. Hadisəni törədən sürücü dərhal onu xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə G.Mehdiyevanın vəziyyəti ağırdır.
Hadisəni törədən sürücünün izahatı alınıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti