Qadın təyyarənin qanadına çıxdı: özünü yerə atdı

12:10 - 30 Noyabr 2016 - MARAQLI

ABŞ-ın Hyuston şəhərinin Corc Buş adına hava limanında qadın sərnişin təyyarənin qəza çıxışından özünü yerə atıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə təyyarənin eniş etdikdən sonra uçma-enmə zolağında hərəkətdə olduğu zaman baş verib.
Nəşrin məlumatına görə, qadın təyyarənin qanadına çıxıb və oradan yerə tullanıb. Terminallara tərəf qaçan sərnişini polis saxlayıb. 
Qeyd olunur ki, qadın FBI əməkdaşları tərəfindən dindirildikdən sonra polisə təhvil verilib. Sərnişinə psixiatriya ekspertizası təyin olunub.

Xəbər xətti