Vyana Ştraus Festival Orkestrı Bakıda çıxış edəcək

10:55 - 30 Noyabr 2016 - Mədəniyyət

Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq" adlı konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən bildirilib ki, orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə skripkada ifa edərək dirijorluq edəcək.

Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunacaq.

Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində ikinci konsertidir.

Ştraus Festival Orkestri Vyananın musiqi ənənələrinin qoruyucusudur. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir. 

Xəbər xətti