Ana səhifə
20 Sentyabr 2018

Ruhaninin Bakı səfəri başlayır - Yollara diqqət!

Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlanır. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə on sənədin imzalanması gözlənilir.

 

 

Ucnoqta.az xəbər verir ki, İran prezidenti Milli Məclisin də qonağı olacaq, deputatlar qarşısında çıxış edəcək.

Hassan Rouhani-nin səfərinə görə Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verdiyi məlumata görəbu gün sabah saat 16.00-dan paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

 

Tarix
12 Noyabr 2014 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin