Tramp Klintonu seçki saxtakarlığında ittiham etdi

14:07 - 28 Noyabr 2016 - DÜNYA

Noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərindən qalib çıxan Respublikaçılar Partiyasının namizədi Donald Tramp sensasiyalı çıxış edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, xalq səsverməsində Hillari Klintandan geri qalan Tramp bunu saxtakarlıqla əlaqələndirib. O deyib ki, seçkilərdə kütləvi saxtakarlıq baş verib.
Tvitter vasitəsi ilə çıxış edən Tramp deyib: “Bütün ölkə üzrə seçki bülletenləri sayılarkən saxtakarlığı nəzərə almasaq, bütün səsvermələri mən qazanmışam. 15 ştatda deyil, 3-4 böyük ştatda kampaniya aparsaydım mənim üçün xalqın səsini almaq seçilmişlərin səsini əldə etməkdən daha asan olardı”.
Qeyd edək ki, xalq səsverməsində H.Klinton Trampı qabaqlayıb. 

Xəbər xətti