Azərbaycan futbolçusu 25 yaşında dünyasını dəyişib

13:56 - 27 Noyabr 2016 - İDMAN

 Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.
Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.
Allah rəhmət eləsin!

Xəbər xətti