Tahir Gözəl: "İtalyanları Bakıda mütləq məğlub etməliyik"

13:07 - 26 Noyabr 2016 - İDMAN

"Düşünürəm ki, qapımıza təyin edilən penaltidən sonra komandamız "sındı” və bundan sonra özümüzü toparlaya bilmədik.Bu sözləri "Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasnın qrup mərhələsində "Slovan"la keçirilən oyundan (0:3) sonra deyib.
Klub rəhbəri rəqibin layiqli qələbə qzandığını bildirib: "Bu gün ən yaxşı "Qarabağ”ı görmədim. Penalti ruhumuzu sındırdı. Məncə, rəqibin qələbə qazanması təsadüfi deyildi, bizdən gözəl oynadılar. Rəqib daha çox  qaçdı, daha çox əziyyət çəkdi. "Qarabağ” da əlindən gələni etdi, amma alınmadı”.
Tahir Gözəl "Qarabağ”ın qrup mərhələsinin son turunda "Fiorentina”nı məğlub etmək gücündə olduğunu vurğulayıb: "Bilirəm, "Fiorentina” da PAOK-a məğlub olub. İtalyanları Bakıda mütləq məğlub etməliyik. "Slovan”la oyunda qələbə qazanmadığımız üçün, çətin olacaq. Amma ümidimiz var, "Qarabağ”ımıza inanırıq, həmişə komandanın arxasındayıq. Sona qədər oynamalıyıq”.

Xəbər xətti