Azərbaycan nefti ucuzlaşıb

12:57 - 26 Noyabr 2016 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,25 dollar və yaxud 2,49% azalıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,92 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb

Xəbər xətti