Sabaha olan hava məlumatı açıqlanıb

12:55 - 26 Noyabr 2016 - ÖLKƏ İÇİ

 Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturu gecə 1-4, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Xəbər xətti