Ana səhifə
21 Sentyabr 2018

MŞ-nin «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyasının iclası keçirilib

Dünən Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq gündəliyə salınması tövsiyə olunan məsələlər barədə məlumat verib. O deyib ki, müzakirəsi tövsiyə edilən 15 məsələdən 4-ü MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərləri Şura Katibliyi tərəfindən təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlanıb.

Əvvəlcə «Poliqon» Analitik İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlı dinlənilib. O, rəhbəri olduğu «pia.az» saytının bir sıra materillarında etik prinsiplərin tələblərinin gözlənilmədiyi barədə iradlarla razılaşıb. Baş redaktor deyilənlərdən nəticə çıxaracağını, saytın fəaliyyətində dönüş yaradacağını öhdəsinə götürüb. Mətbuat Şurasından qərarında buna diqqət yetirməsini xahiş edib. Komissiya onun səmimi etirafını nəzərə alıb. Sayta MŞ-nin sonuncu xəbərdarlığının olunması məqsədə müvafiq sayılıb. Eyni ölçü tədbiri «Dünya» İnformasiya Agentliyi (dia.az) barədə də götürülüb.

İclasda «Təhqiqatın gücü» qəzetinin və «Arama» jurnalının adlarının Mətbuat Şurasının «qara siyahı»sına salınması və bu məqsədlə Şuranın İdarə Heyətinə təqdimat verilməsi barədə rəylər çıxarılıb. «Əsrin ziyalıları» qəzetinə isə etik pozuntularına və peşə fəaliyyəti ilə bir araya sıxmayan hərəkətə görə Şuranın xəbərdarlığının edilməsinə dair rəy çıxarılıb.

Komissiya Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əliyevanın «Detektiv lüks» qəzeti barədə müraciəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsi üçün əlavə araşdırmaların aparılmasını zəruri hesab edib. 

Tarix
11 Noyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin