Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə mətbuatımızın görkəmli simalarından biri Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə həsr olunmuş mərasim keçirilib. 
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan yubiley mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Tofiq Rüstəmovun keçdiyi həyat yolundan danışıb. O, qeyd etdi ki, Rüstəmov Tofiq Tağı oğlu 1936 - çı ildə Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbini bitirib. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin məzunudur. 1958 - 1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. 10 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor vəzifəsində çalışıb, eyni zamanda universitetin qiyabi aspiranturasında təhsilini davam etdirib. Onun Azərbaycan radiosunda səslənən tərcümələri və orijinal verilişləri dinləyicilərin rəğbətini qazanıb. 1967-ci ildən Bakı Dövlət Universitetində elmi - pedaqoji fəaliyyətə başlayıb, partiya - sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi işləyib. 1979-cu ildə jurnalistika fakültəsinin dekanı seçilib. 1987-ci ildən tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru olub. 1989 - 1990 - cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini olub, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1990-1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində işləyib. Tofiq Rüstəmov 1998-ci ildə vəfat edib. 

Yubiley mərasimində Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, tanınmış qələm sahibləri Aqşin Babayev, Flora Xəlilzadə, Firuz Mustafa, Tahir Aydınoğlu, Akif Rüstəmov, Şəmsiyyə Kərimova, Anar Vəziroğlu, Əntiqə Qonaqova, Gülcahan Mirməmmədli və başqaları çıxış edərək Tofiq Rüstəmovla bağlı xatirələrini söylədilər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu günlərdə 80 yaşı tamam olmuş Mahmud Mahmudova xüsusi diplom təqdim etdi. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi Sevinc Tofiq qızı çıxış edərək ailə üzvləri adından Azərbaycan Mətbuat Şurasına, yibiley mərasiminə toplaşanlara minnətdarlığını bildirdi.

Tarix
25 Noyabr [16:50]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

"Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası

Fond qəzetlərə maliyyə yardımı ayırdı- SİYAHI

Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlandı

Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

Azərbaycan KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar

Azərbaycan KİV rəhbərləri Türkiyə Böyük Millət Məclisi və “Anadolu” Agentliyində olublar

“İstanbuldakı terroru dəstəkləyən alman müxbir Çeyz Vinter cəzalanmalıdır”

Əhməd Şahidov ATƏT-də məsələ qaldırıb

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfəri davam edir

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb

“Kaspi” qəzetinin 135 illiyi qeyd edilib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.