Azərbaycan neftinin qiyməti dəyişməyib

10:49 - 25 Noyabr 2016 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyib. Azərbaycan neftinin qiymətinin sabit qalmasına səbəb “Şükranlıq Günü” (Thanksgiving Day) səbəbindən birjaların noyabrın 24-də qapalı olmasıdır.

Qeyd edək ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti əvvəlki günlər olduğu kimi 50,03 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti