Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"

10:39 - 25 Noyabr 2016 - İDMAN

"Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”. Bu sözləri Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmamışdı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.

Xəbər xətti