Qusarda 39 yaşlı kişi özünü asıb

21:17 - 24 Noyabr 2016 - HADİSƏ

 Qusar rayonunda intihar hadisəsi baş verib."Report" xəbər verir ki, rayonun Urva kənd sakini, 39 yaşlı Azər Laçınov özünü yaşadığı evdə asıb.Belə ki, ailə üzvləri onun tavandan asılmış meyitini aşkar ediblər.Qusar Rayon Prokurorluğundan A.Laçınovun tufeyli həyat tərzi keçirdiyini bildiriblər.Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Xəbər xətti