Ana səhifə
19 Sentyabr 2018

Dövlət Kukla Teatrında daha bir tamaşa

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında  daha bir tamaşa ərsəyə gətirilib. Belə ki, alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında “Unudulmuş kukla” adlı tamaşa hazırlanıb. 
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulan  tamaşa dekabrın 2-də ilk premyerası ilə teatrsevərlərin ixtiyarına veriləcək.
Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova  olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisidir. 
Uğursuz hisslərinə görə cəmiyyətə nifrətlə yaşayan, daha doğrusu, ondan imtina edilməsinin intiqamını elə məhz özündən alan, özünü bu ağır həyata məhkum edən zibillik divanəsi qadının iztirabları tamaşanın ana xəttini təşkil edir. Məhz zibillikdə tapdığı  oyuncaqla özünün bütün daxili sarsıntılarını tamaşaçıya ustalıqla ifadə edən qadın sonda özünü əbədi zülmətə qərq edir. 
Rejissorun fərqli prizmadan yozum verdiyi “Unudulmuş kukla” tamaşasında teatrın aparıcı aktrisaları Cəmilə Allahverdiyeva (Qadın) və Elmira  Hüseynova (Səfil) rol alıblar.

 

Tarix
24 Noyabr 2016 [17:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin