Ana səhifə
19 Sentyabr 2018

Ətin qiyməti paytaxtda da ucuzlaşıb

Vahid Məhərrəmov: «Ucuzlaşmasının uzun müddət davam edəcəyini düşünmürəm»

 

Son günlər respublikamızda ətin qiyməti ucuzlaşıb. İlk vaxtlar bu  yas və toy mərasimləri ilə bağlı tətbiq olunan qadağalarla əlaqələndirilirdi. Daha sonra isə bildirildi ki, Gürcüstandan daha ucuz qiymətə iribuynuzlu mal-qara gətirildiiyi üçün qiymətlər aşağı düşhüb. Bəzi ekspertlər isə qiymət ucuzlaşmasını iribuynuzlu mal-qara arasında yayılan xəstəliklə əlaqələndirdilər. İstənilən halda ətin qiymətinin aşağı düşməsi nəinki rayonlarda, həm də Bakıda müşahidə olunur. Hazırda paytaxtın bəzi ərazilərində mal ətinin bir kiloqramının qiyməti 7-7,5 manatdır. Bu da əvvəlki qiymətdən təqribən 50 qəpik aşağıdır.

Qiymətin aşağı dlüşməsinə təsir edən amillərdən bir kimi də Məhərrəm ayı göstərilir. Bu ayüda toy mərasimləri keçirilmir. Deməli. Ətə tələbat da aşağı düüşüb. Bu səbəbdən mal-qara bazarında təklif tələbi üstələyib. Digər tərəfdən isə bu il ot ehtiyatı əvvəlki illərə nisbətən azdır. Bu otun qiymətinin artmasına səbəb olub. Kəndlilər isə baha qiymətə yem alıb mal saxlamağın iqtisadi cəhətdən səmərəli olmadığını vurğulayırlar. Ona görə də, onlar zərərə düşməmək üçün mal-qaranı satışa çıxarırlar.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bidirdi ki, qiymətin aşağı düşməsi daimi xarakter daşımır. «Hazırda müşahidə olunan ucuzlaşma müvəqqəti xarakter daşıyır. Əslində yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi yemək verilməsinə qoyulan qadağa ətə olan təlabatı azaltmır. Normalda bir nəfərin illik ətə olan təlabatı 84 kiloqram olsa da, bizdə bu rəqəm 30-35 kiloqramdan artıq deyil. Demək, bizdə vətəndaşların daxili istehsal hesabına ətə olan təlabatı tam ödənilmir. Buna görə də idxal zəruridir. Amma idxal hesabına da qiymətləri uzun müddət ucaz saxlamaq mümkün olmayacaq».

V.Məhərrəmov deyir ki, qiymətlər ucuzlaşsa da, yaxın zamanlarda yenidən arta bilər: «İndiyədək heyvandarlıqla məşğul olanlar il ərzində təlabatı hesablayaraq, buna uyğun heyvan saxlayırdılar. Hazırda isə bu təlabət müvəqqəti olaraq bir qədər azalıb. Yas mərasimlərində ət yeməkləri verilmədiyindən, digər tərəfdən isə məhərrəmlik ayı ilə bağlı toy mərasimlərinin keçirilməməsi səbəbindən təklif tələbi üstələyib. Amma bütün bunlar ət istehsalı üçün çəkilən xərcləri azaltmayıb. Digər tərəfdən bir sıra yem məhsullarının qiymətində artım var. Deməli, uzuclaşması uzun müddət davam edə bilməz. Qısa zamanda qiymətlər əvvəlki həddə çatacaq. Buna görə də ətin qiymət ucuzlaşmasının uzun müddət davam edəcəyini düşünmürəm».

 

Xalid

Tarix
11 Noyabr 2014 [17:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin