Qusar sakini donaraq ölüb

17:27 - 24 Noyabr 2016 - HADİSƏ

 Qusar rayonunda kişi meyiti tapılıb.  “Report” xəbər verir ki, meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib. 
Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəlib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti