Mübariz Qurbanlı azərbaycanlı zəvvarların İraq-İran sərhədində saxlanılmasına aydınlıq gətirdi

17:00 - 24 Noyabr 2016 - ÖLKƏ İÇİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün İraq-İran sərhədində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə aydınlıq gətirib. Trend-in məlumatına görə, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda dini yerlərlə, ziyarətlərlə əlaqədar qaydalar var: “Ziyarəti təşkil edən şirkətlər Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır. Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə həyata keçirilir. Digər dini yerlərə getmək üçün Dövlət Komitəsindən icazə almaq lazımdır. Amma çox təəssüf ki, bu şirkətlər belə hərəkətlərini qeyri-qanuni həyata keçirirlər. Burada onlar viza problemləri ilə üzləşirlər". M.Qurbanlı əlavə edib ki, bununla bağlı təkliflər verilib: "Həmin qruplar ziyarətə aparılırsa, kimlərin getməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır və müəyyən qruplar tərəfindən təsir altına alınır”.

Xəbər xətti