Ana səhifə
20 Sentyabr 2018

Fatimə Fətəliyeva yeni festivala qatılıb

Rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhay international Dnace Carnival” rəqs müsabiqəsinin qalibi oldu. Öz təəssüratlarını “Ucnoqta.az”a bölüşən rəqqasə çox sevindiyini bildirdi:

 

“İki ölkə həmin festivala qatılmışdı. Onun  içində də Azərbaycanda vardı. Biz festivala qrup şəkilində getməli idik. Mənim məktəbim və “Səma” rəqs məktəbi getməli idi. Ebola virusuna görə, valideynlərin çoxu razı olmadılar. Ona görə də solo şəkilində mən, tələbəm və müğənni Aslan iştirak elədik. Orada musiqi də vardı.  Festivalda Azərbaycan birinci yerə sahib oldu.  Mənə “Qrant” verdilər. Mənim tələbəmə iki diplom verdilər, biri sertifikat idi. Orada həm hind mahnısı, həm Azərbaycan mahnısı oxudu. Aslan birinci oldu və ona “Qran Pri” verdilər”.

Yeni sənət planlarından danışan rəqqasə dedi ki, Mersində festivala gedəcək: “O festivalda da bir neçə xalqın nümayənsədi iştirak edəcək. Rusiya, Hindistan və Azərbaycanda da qatılıb. O ölkələrin festivalda çıxışları olacaq. İnşallah noyabrın 14-də yola düşəcəm, 17-də isə qayıdacam”.

 

Rəqsanə

Tarix
11 Noyabr 2014 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin