Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi "Qəbələ" - "Anderlext" oyununu izləyəcək

11:17 - 24 Noyabr 2016 - İDMAN

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Bakcell Arena"da keçiriləcək oyunu izləyəcək.

Bu barədə "Report"a AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Xorvatiyalı mütəxəssis qitə turnirinin V turunda "Qəbələ" və Belçika "Anderlext"i arasında keçiriləcək görüşü izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti