Neftin qiyməti ucuzlaşmağa başlayıb

11:06 - 24 Noyabr 2016 - İQTİSADİYYAT

Neftin dünya qiymətləri çərşənbə günü Birləşmiş Ştatlarda yerli "Baker Hughes" neft-qaz xidməti şirkətinin ölkədə neft buruqlarının sayının artması barədə xəbəri fonunda ucuzlaşmağa başlayıb.

Bu barədə elektron hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə çərşənbə günü 22.17-yə olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı "Brent"in yanvar fyuçerslərinin qiyməti 0,12% azalaraq bir barel üçün 49,06 dollara düşüb. WTI markalı neftin yanvar fyuçersləri isə 0,02% ucuzlaşaraq bir barelə görə 48,02 dollara bərabər olub.

ABŞ-da qazma qurğularının sayı barədə xəbərlərə qədər hər iki markanın qiymətində artım müşahidə olunurdu.

Xəbər xətti