AMB hərraca çıxardığı notların cəmi 7%-ni sata bilib

16:50 - 23 Noyabr 2016 - İQTİSADİYYAT

 Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100452S nömrəsi ilə saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 75 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 1 investor 1 sifariş təqdim edib. Sifarişin nominal üzrə ümumi məbləği 5 058 300 manat olub ki, bu da AMB-nin satmaq istədiyi notların cəmi 6,74%-dir. Sifariş 98,8472 manat (14,9946%) qiymətində təqdim edilib. Elə notların sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiyməti də bu qədər olmaqla AMB tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 058 300 manat məbləğində müəyyən edilib.

Xəbər xətti