İki “Mercedes” toqquşdu, yaralılar var - FOTO

15:57 - 23 Noyabr 2016 - HADİSƏ

Nizami rayonu, Bəkir Çobanzadə küçəsində avtomobil qəzası baş verib. Ucnoqta.az musavat.com-a istinadən xəbər verir ki, bir “Mercedes” markalı avtomobil, digər “Mercedes”lə toqquşub. Hadisənin şahidlərinin dediyinə görə, “99 KH 221” dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolayrıcından keçmə qaydasını pozaraq əsas magistral yola çıxıb, sürətlə digərinə çırpılıb.

Nəticədə digər maşının sürücüsü ciddi xəsarət alıb. Qəzanı törədən avtomobildə olan üç nəfər şəxsin də yüngül xəsarət aldığı deyilir. Ətrafda olan sakinlərin köməyi ilə yaralılar avtomobillərdən çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib və sürücülərə ilkin tibbi yardım göstərilib.
 Vəziyyəti ağır olan sürücü isə xəstəxanaya aparılıb. 
Hadisə ilə bağlı araşdırma aparılır.

Bakıda iki “Mercedes” toqquşdu, yaralılar var - FOTOLAR

Xəbər xətti